Rayon sakini marixuana satarkən tutulub

Rayon sakini marixuana satarkən tutulub

Ağdam rayon sakini Bəhruz Əliyev 2 kq marixuananı satarkən tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ağdam rayon sakini Bəhruz Əliyev 2 kiloqram marixuananı satarkən tutulub. Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş tədbirlərlə B.Əliyevə narkotik vasitəni satan Yevlax rayon sakini Bayram Mehdiyev idarə etdiyi "Opel" markalı avtomobildə saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə