Ağstafada körpünün altında hərbi sursat tapılıb

Ağstafada körpünün altında hərbi sursat tapılıb

Ağstafa rayonunda körpünün altında partlamamış hərbi sursat (PHS) aşkarlanıb. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindənAPA-ya verilən məlumata görə, Qırlı kəndində Həsənsu çayının üzərində yerləşən avtomobil körpüsünün altında 44 ədəd partlamamış hərbi sursat (41 ədəd 7.62 çaplı patron, 1 ədəd 7.62 çaplı RPS patron, 1 ədəd 5.45 çaplı patron və 1 ədəd əl qumbarası (Diyamkov)) və 1 ədəd 7.62 çaplı patron darağı aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə