45 yaşlı kişi bıçaqlanıb

Göygöl rayonunda bıçaqlanma hadisəsi baş verib. 1972-ci il təvəllüdlü Pənahov Nofəl Həsən oğlu bıçaqlanıb. Onun kim tərəfində bıçaqlandığı məlum deyil. Nofəl Pənahov döş qəfəsinin kəsilmiş deşilmiş yarası ilə dərhal Rayon Xəstəxanasına yerləşdirilib. SİA-nın bölgə müxbirinin Xəstəxanadan əldə etdiyi məlumata görə, hazırda onun vəziyyəti normaldır.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə