Sumqayıtda yol qəzası baş verib

Sumqayıtda yol qəzası baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, dərhal hadisə yerinə cəlb olunan xilasedicilər "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə