Cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsinin qarşısı alınıb FOTOLAR
Ədliyyə Nazirliyi Penitensiar xidmətin Baş idarəsinin və 11 saylı cəzaçəkmə müəssisəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb.
SİA-nın verdiyi məlumata görə, Cinayət Məcəlləsinin 126.2.2; 126.2.4 və 66.3-cü maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Piriyev Zeynal Piralı oğluna bacısı Ağdam rayon Salahlı kənd sakini Piriyeva Zaminə Piralı qızı tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman sovqatda olan soğanların içərisində iki ədəd sellofana bükülərək xüsusi üsulla gizlədilmiş, xalis çəkisi 11.817 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Binəqədi Rayon Polis İdarəsinə göndərilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB