Xəzərdə avtomobil yanıb

Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, nəticədə minik avtomobilinin mühərrik hissəsi yanıb və elektrik lövhəsi qismən əriyib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə