Nərimanov rayonunda 3 otaqlı ev yanıb

Nərimanov rayonunda 3 otaqlı ev yanıb

Nərimanov rayonunda evdə baş verən yanğın zamanı bir nəfər xilas olunub. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, vətəndaşa məxsus ümumi sahəsi 47 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi və qonşu evlər yanğından mühafizə olunub. Yanğın saat 17:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə