Nərimanovda yanğın olub

Nərimanov rayonunda ümumi sahəsi 30 m² olan qazanxanada yanğın olub.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, qazanxananın dam örtüyünün yanar konstruksiyaları 12 m² sahədə, 1 ədəd kombi aparatı, elektrik paylayıcısı və 3 ədəd su çənlərinin şüşə-pambıq üzlükləri yanıb.

Qazanxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə