Zaqatalada yanğın olub

Gündüz saatlarında Zaqatalada yanğın faktı qeydə alınıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, rayonun Muxax kəndində vətəndaşa məxsus ümumi sahəsi 240 m² olan birmərtəbəli kürsülü, 5 otaqlı evin 1 otağının tüstü bacasının ətrafı 5 m² yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 14:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə