Goranboyda yol qəzası: İki nəfər xəsarət alıb

Goranboyda yol qəzası: İki nəfər xəsarət alıb

Dünən Goranboyda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb. Rayonun Zeyvə kənd sakini 1973-cü il təvəllüdlü Ruslan Qədimov idarə etdiyi "Ford" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza zamanı sürücü və maşında olan sərnişin, 1962-ci il təvəllüdlü Asif Əskərov müxtəlif bədən xəsarətləri alaraq Goranboy rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. Vəziyyətlərinin orta ağır olduğu bildirilir. Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə