Rayon sakinini avtomobil vurub

Lənkəranda piyadanı avtomobil vurub. Lənkəranda piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, 1966-cı il təvəllüdlü Arif Əliyevi Bazar ərazisində "VAZ-2106" markalı avtomaşın vurub.

Dərhal yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına sürücü tərəfindən gətirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə