Paytaxt sakinin evində yanğın olub

Paytaxt sakinin evində yanğın olub

Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, yaxınlıqdakı qonşu evlər yanğından mühafizə olunub.

Yanğın saat 07:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə