İmişlidə yol qəzası baş verib. SİA Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, yanvarın 20-də saat 10 radələrində İmişli şəhərində rayon sakinləri Əbülfət Cəbrayılovun idarə etdiyi "Daewoo" və Əziz Bəyalıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Nəticədə Ə.Bəyalıyevin xəstəxanaya yerləşdirilən sərnişini, həmyerlisi Nəriman Şahbazov orada ölüb.
İmişli RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB