Binəqədidə yanğın

Binəqədidə yanğın qeydə alınıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, Bakı şəhəri, Binəqədi rayonunda çoxmənzilli yaşayış binasının 5-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 70 m² olan 3 otaqlı mənzilin 1 otağında məişət əşyaları yanıb.

Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 07:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə