Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini Ramil Çələbiyev tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Bakı BPİ Cinayət Axtarışı İdarəsi və Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da 62 saylı xətt avtobusunda Bakı şəhər sakini Zümrüd Amayevanın çantasından mobil telefon oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Çələbiyev tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB