Göyçay rayonunda yanğın baş verib. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Göyçay rayonunda hal-hazırda fəaliyyət göstərməyən ümumi sahəsi 600 m² olan anbarın dam örtüyünün yanar konstruksiyaları 60 m² sahədə və içərisində 20 m² sahəyə yığılmış suvarma şlanqları yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 02:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB