Taxta sexində yanğın olub

Sumqayıtda səhər saatlarında yanğın faktı qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Sumqayıtda vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan taxta məmulatları sexinin taxtadan ibarət döşəməsi sahədə 10 m2 sahədə və 1 ədəd dəzgah yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 04:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə