Göyçay rayonunda yanğın baş verib

Göyçay rayonunda yanğın baş verib

Göyçay rayonu, Çərərkə kəndində vətəndaşa məxsus ümumi sahəsi 280 m2 olan kürsülü, birmərtəbəli 5 otaqlı evin çardağının yanar konstruksiyaları 80 m2 və 2 otağı 50 m2 sahədə yanıb. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə