Səngəçalda yol-nəqliyyat hadisəsi baş verib

Səngəçalda yol-nəqliyyat hadisəsi baş verib

Qaradağ rayonunun Səngəçal qəsəbəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvarın 16-da saat 07-00 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində Biləsuvar rayon sakini Famil Allahverdiyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Kənan Vahidovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə