Evdə qaz sızmasından partlayış baş verib

Evdə qaz sızmasından partlayış baş verib

Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvarın 16-da saat 20 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan Seyidməhərrəm Seyidova məxsus evdə təbii qazın sızmasından partlayış baş verib. Nəticədə pəncərə şüşələri sınıb, oradakı əşyalar yanıb, yanıq xəsarəti alan S.Seyidov xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə