Dünən Qobustanda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Qobustan rayonu, Nərimankənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 80 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin mətbəxinin tavanı yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 20.09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB