Lənkəranda minik avtomobili piyadanı vurub

Lənkəranda minik avtomobili piyadanı vurub

Lənkəranda VAZ markalı minik avtomobili piyadanı vurub. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Zərifə Əliyeva küçəsində baş verib. Hadisə nəticəsində xəsarət alanBəşirov Ələkbər Qiyas oğlu sürücü tərəfindən Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hələlik hadisəni törədən avtomobilin sürücüsünün kimliyini müyyən etmək mümkün olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə