Daxili İşlər Nazirliyi (DİN) Bərdədə 14 yaşlı yeniyetmənin qətli ilə bağlı məlumat yayıb.
SİA DİN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 14-də Bərdə rayonunun Mollagüllər kəndi ərazisində Kəlbəcər rayon sakini, 14 yaşlı Həsrət Mirzəməmmədov döymə xarakterli xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb.
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən Yevlax rayon sakini Tapdıq Mustafalı tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB