Bərdə rayonununda ölümlə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvarın 13-də saat 15 radələrində Bərdə rayonunun Kövər kəndində Yevlax rayon sakini Saleh Şamilovun idarə etdiyi "VAZ-21074" və Ağdam rayon sakini Emin Əliyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə S.Şamilovun sərnişinlərindən oğlu Elvin hadisə yerində ölüb, özü və 2 sərnişini, habelə E.Əliyevin 2 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Rahilə Alıyeva orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB