Nərimanov rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvarın 13-də saat 09 radələrində Nərimanov rayonunun Ə.Əliyev küçəsində Bakı şəhər sakini Rəşad İsmayılov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən paytaxt sakini Sarvan Mətiyevi vurub. Xəstəxanaya yerləşdirilən S.Mətiyev orada ölüb.
Nərimanov RPİ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB