Sərnişin avtobusu çuxura düşdü

Sərnişin avtobusu çuxura düşdü

Bakıda sərnişin avtobusu çuxura düşüb.

SİA-nın verdiyi məlumata görə, Mehdiabad qəsəbəsindən Azadlıq prospekti metrostansiyasına doğru hərəkət edən 147 nömrəli sərnişin avtobusu Binəqədi şosesində çuxura düşüb. Dərin çuxura düşən avtobus orada qalıb. Avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlər avtobusdan düşürülüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə