Gəncədə yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. İki VAZ-2106 markalı avtomobilin toqquşması nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Onlardan , bir nəfəri, 1998-ci il təvəllüdlü Mahmudov Adil Nəcəf oğlunun vəziyyəti orta ağır, digərlərinin isə normal qiymətləndirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB