Masallıda yol-nəqliyyat qəzası baş verib, 1 nəfər ölüb

Masallıda yol-nəqliyyat qəzası baş verib, 1 nəfər ölüb

Yanvarın 13-də Masallı rayonunun Ərkivan qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 44 BD 497 dövlət nömrə nişanlı, "VAZ 21011" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək, maşını yolun kənarındakı maneəyə çırpıb. Hadisə zamanı avtomobildə olan sərnişin, 15 yaşlı Gözəlov Elşad Elşən oğlu ağır xəsarətlə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə