Axtarışa verilən şəxs Azərbaycanda tutulub

Axtarışa verilən şəxs Azərbaycanda tutulub

Rusiya Federasiyasında (RF) qəsdən adam öldürməyə görə axtarışa verilən şəxs Azərbaycanda tutulub.

SİA Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, RF-nin Sankt-Peterburq şəhərində Bahar Pirqələmovanın əri Ramiz Əsgərov tərəfindən qətlə yetirilməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən R.Əsgərov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə