"Zərifə Əliyeva” adına yük gəmisinin maşın bölməsində yanğın baş verib
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Akademik Zərifə Əliyeva" adına yük gəmisinin maşın bölməsində yanğının baş verməsi barədə məlumat daxil olub.
SİA-nın FHN-nin mətbuat xidmətinə istinadən xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-7" və Aviasiya dəstəsinin bir helikopteri dərhal hadisə yerinə cəlb olunub. Aidiyyəti qurumlar məlumatlandırılıb.
Əlavə məlumat veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB