Şəmkir rayonun Yeni Həyat kəndində yanğın hadisəsi baş verib. 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlu yanğın zamanı ölüb. Şəmkir rayon Yanğından Mühafizə Hissəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, ümumi sahəsi 200 kv/metr olan evin dam örtüyü və əşyalar yanaraq külə dönüb. Yanğının daha geniş əraziyə yayılmaması üçün yanğınsöndürənlər vaxtında alovu söndürüb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB