Şəmkirdə yanan evdən kişi cəsədi tapılıb

Şəmkirdə yanan evdən kişi cəsədi tapılıb

Şəmkir rayonu, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. SİA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı 1966-cı il təvəllüdlü Quliyev Rafiq Akif oğlunun yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08.04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə