Ağstafa rayonunda yanğın hadisəsi baş verib. Ağstafa rayonunun Aşağı Göyçəli kəndində yaşayan İsa Ələkbərovun evində pərdənin qaz sobasının üstünə düşməsi nəticəsində yanğın baş verib. Ağstafa rayon Yanğından Mühafizə Hissəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə nəticəsində pərdə və İsa Ələkbərovun nəvəsi Səidin yatdığı beşik yanıb. Xəsarət alan 3 yaşlı uşaq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB