Goranboyda yol-nəqliyyat hadisəsi baş verib

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Report xəbər verir ki, Goranboy-Naftalan yolunun Qızılhacılı qəsəbəsindən keçən hissəsində VAZ 21015 markalı minik avtomobilləri toqquşub. Nəticədə maşınlardan biri yoldan çıxaraq aşıb. Qəzada xəsarət alan olmasa da, ancaq hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisəyə qatı dumanın səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, ötən gecədən başlayaraq ölkənin qərb bölgəsində qatı duman müşahidə edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə