Şəmkirdə yol qəzası iki can aldı

Şəmkirdə yol qəzası iki can aldı

Şəmkir rayonunun Səməd Vurğun kəndində ağır yol qəzası baş verib. "KİA" və "Toyota" markalı avtomobilin toqquşması iki nəfərin ölümünə səbəb olub. Rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, avtomobillərin sürücüləri Cəmşid Əhmədov və Əbülfət Məmmədov elə hadisə yerində dünyalarını dəyişiblər.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə