Ağır yol-nəqliyyat hadisəsi baş verib

Ağır yol-nəqliyyat hadisəsi baş verib

Yevlax rayonunun Əkşəm kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, yanvarın 9-da saat 22 radələrində Yevlax rayonunun Əkşəm kəndində rayon sakini Qərib Mustafayev idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə