Bakıda “SUPERMAZ" avtomobili yanıb

Bakıda “SUPERMAZ" avtomobili yanıb

Bakıda 2 ədəd "SUPERMAZ" markalı yük avtomobili yanıb. Axar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda vətəndaşa məxsus 2 ədəd "SUPERMAZ" markalı yük avtomobillərinin kabinə və mühərrik hissələri yanıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın dünən saat 18.53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə