3 otaqlı evdə yanğın olub

Şəkidə yanğın hadisələri qeydə alınıb. SİA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, Şəki rayonu, Baş Küngüt kəndində vətəndaşa məxsus ümumi sahəsi 105 m2 olan kürsülü birmərtəbəli 3 otaqlı evin damının və tavanının yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə