Beyləqan rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanvarın 6-da saat 15:05 radələrində rayonunun Yeni Mil qəsəbəsində rayon sakini Rauf İsgəndərov idarə etdiyi "VAZ-21074" markalı avtomobillə yolu keçən həmyerlisi Vüqar Hüseynovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Qeyd edək ki, hadisə ilə bağlı Beyləqan rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB