Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Yanvarın 6-da saat 08 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Masallı rayon sakini Zamin Əzizov idarə etdiyi "Mercedes" markalı avtomobili yolun kənarındakı dirəyə vurub. Nəticədə onun sərnişini, həmyerlisi Rəhilə Əsədullayeva hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə