Fort-Loderdeyl hava limanı öz işini bərpa edir

Fort-Loderdeyl hava limanı öz işini bərpa edir

Silahlı insdentin baş verdiyi ABŞ-ın Fort-Loderdeyl şəhərindəki hava limanı öz işini bərpa edib. SİA-nın məlumatına görə, bu barədə hava limanının Twitter səhifəsində xəbər verilir. Bildirilib ki, Fort-Loderdeyl aeroportunun yük daşımaları, ümumi təyinatlı uçuşları gecə yarısından başlayaraq davam etdirəcək.

Xatırladaq ki, hava limanında silahlı insdent zamanı beş nəfər həlak olub, 40-dan artıq şəxs xəsarət alıb. Polis atəş açan 26 yaşlı Latın Amerika əsilli Alyaska ştatının sakini Esteban Santyaqo saxlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə