Bakının Nizami rayonu ərazisində 1988-ci il təvəllüdlü Cəfərov Nizami Ayaz oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb.
SİA-nın məlumatına görə, yaralı gecə saat 4 radələrində qohumlarının köməkliyi ilə 3 nömrəli xəstəxanaya gətirilib. İlkin müayinələr zamanı yaralıya döş qəfəsinin sol yarısının kəsilmiş – deşilmiş yarası diaqnozu qoyulub. Cərrahiyə şöbəsinə yerləşdirilən N.Cəfərovun vəziyyəti kafi qiymətləndirilir.
Qeyd edək ki, Nizami Cəfərov "Topaz" məntəqəsinin sahibidir. Hadisə də N.Cəfərov gecə obyekti bağladıqdan sonra baş verib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir. Hadisəni törədən şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB