Zirə qəsəbəsində sakini maşın vurub

Zirə qəsəbəsində sakini maşın vurub

Yanvarın 5-də saat 12 radələrində Xəzər rayonunun Zirə qəsəbəsində Bakı şəhər sakini Fəxri Məmmədov idarə etdiyi "Ford" markalı avtomobillə yolun kənarında dayanan qəsəbə sakinini vurub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbərinə görə, nəticədə piyada Asif Baxşıyev hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə