Partlamamış hərbi sursat aşkarlanıb

Partlamamış hərbi sursat aşkarlanıb

Lənkəranda 8 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) SİA-ya verilən məlumata görə, hərbi sursat Lənkəran şəhəri, Dəniz kənarında tapılıb. Ərazidə, nəticə etibarilə 1 600 kv.m. sahə yoxlanılıb və

7 ədəd TM-62M və 1 ədəd TM-57 tank əleyhinə mina aşkar edilərək götürülüb.

Ümumilikdə Agentlik tərəfindən 01 - 05 yanvar 2017-ci il tarixlərində Füzuli rayonu və Lənkəran şəhərində 1 otlaq sahəsinə və dəniz kənarına baxış keçirib, 9 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 2 700 kv.m ərazi yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə