Gəncədə ana doğuşdan sonra ölüb. APA-nın verdiyi məlumata görə, Tovuz rayon sakini 24 yaşlı Səkinə Məmmədova Gəncədə yerləşən Regional Perinatal Mərkəzdə qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirib. Dünən axşam saatlarında isə qəfildən qadının halı pisləşib. Ona tibbi yardım göstərilsə də həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, S. Məmmədova böyrək xəstəliyindən əziyyət çəkirmiş. Onun dünyaya gətirdiyi oğlan uşağının vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB