Göyçay rayonunda iki avtomobil toqquşub. APA-nın xəbərinə görə, hadisə dünən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 224-cü kilometrliyində, Göyçayın Ərəbcəbirli kəndi ərazisində qeydə alınıb. "Mersedes" və VAZ 2106 markalı minik avtomobillərin toqquşması nəticəsində Ləkçiplaq kənd sakinləri-1993-cü il təvəllüdlü Seyidov Kənan Nazim oğlu və əmisi, 1958-ci il təvəllüdlü Seyidov Oqtay Sabir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB