Təcili tibbi yardım maşını “Kamaz"la toqquşdu və yandı

Təcili tibbi yardım maşını “Kamaz"la toqquşdu və yandı

Təcili tibbi yardım maşını yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Qazax yolunun 195-ci kilometrliyində, Kürdəmir rayonu ərazisində, Səhiyyə Nazirliyinə məxsus Kürdəmir rayon Təcili Tibbi Yardım Stansiyasının "Qazel" markalı avtomobili ilə vətəndaşa məxsus "Kamaz" markalı yük avtomobili toqquşub və yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yanğın nəticəsində "Qazel" markalı avtomobilin yanar hissələri yanıb. "Kamaz" markalı yük avtomobili yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə