Yaşayış binası uçdu, ölənlər var

Yaşayış binası uçdu, ölənlər var

Qazaxıstanın Şaxtinsk şəhərində çoxmərtəbəli yaşayış binası dağılıb. SİA-nın "Kazinform"a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 9 nəfər həlak olub. Hazırda dağıntılar altından 9 nəfərin meyiti çıxarılıb. Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si 2016-cı il təvəllüdlü körpə, 1 isə 2010-cu il təvəllüdlü uşaq olub. Axtarış-xilasetmə işlərində 280 nəfər iştirak edir. İlkin ehtimala görə, ötən axşam baş verən hadisəyə çoxmərtəbəli binanın istilik qazanının partlaması səbəb olub. İnsidentin dəqiq səbəbləri araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə