Hacıqabulda yeni il axşamı asılmış kişi meyiti tapılıb

Hacıqabulda yeni il axşamı asılmış kişi meyiti tapılıb

Hacıqabulda yeni il axşamı intihar hadisəsi baş verib. "Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Nəvahi stansiyası adlanan ərazisindəki restoranlardan birinin yaxınlığında qeydə alınıb.

1979-cu il təvəllüdlü yerli sakin Nüsrət Ramiz oğlu Baxşıyevin meyiti asılmış vəziyyətdə aşkarlanıb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə