Avara və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb

Avara və dilənçiliklə məşğul olan şəxslər saxlanılıb

Avara və dilənçiliklə məşğul olan 14 nəfər saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bakı şəhər BPİ Metropolitendə Polis Şöbəsi əməkdaşları tərəfindən avara və dilənçiliklə məşğul olan 5 nəfər saxlanılaraq barələrində protokol tərtib olunub.

Binəqədi RPİ əməkdaşları tərəfindən rayon ərazisində avara və dilənçiliklə məşğul olan 9 nəfər saxlanılaraq barələrində protokol tərtib edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə